Azərbaycanda çağırışa gedən həkim bıçaqlandı

Azərbaycanda çağırışa gedən həkim bıçaqlandı
  • Hadisə / Maraqlı

  • Daşkəsəndə çağırışa gedən həkimə xəstə tərəfindən hücuma məruz qalıb.

    Leqal.az Unikal-a istinadla xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb.

    Belə ki, çağırışa gedən Daşkəsən Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi 1991-ci il təvəllüdlü A.Abbaslıya xəstə tərəfindən bıçaqla xəsarət yetirilib.

    Barmağından bıçaq xəsarəti alan həkimə yardım edilib, hazırda vəziyyətinin normal olduğu bildirilir. İlkin məlumata görə, hadisəni Xoşbulaq kənd sakini 1997-ci il təvəllüdlü Ş.Əliyev törədib. Onun Vətən müharibəsinin iştirakçısı olduğu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər