Bir ailənin üzvləri zəhərləndi

Bir ailənin üzvləri zəhərləndi
  • Hadisə / Maraqlı

  • Ordubadda dəm qazından zəhərlənmə olub.

    Leqal.az xəbər verir ki, hadisə rayonunun Ağrı kəndində qeydə alınıb.

    Belə ki, dəm qazının sızması nəticəsində 1935-ci il təvəllüdlü Bağırov Salman Əli oğlu, həyat yoldaşı 1943-cü il təvəllüdlü Bədəlova Mənzər Qasım qızı, gəlinləri 1961-ci il təvəllüdlü Zeynalova Qızbəsti Əliqulu qızı və qohumları 1955-ci il təvəllüdlü Fətəliyeva Rəmziyyə Əvəz qızı zəhərləniblər.

    Onlar Naxçıvan Muxtar Respublikası Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

    Onlardan S.Bağırov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq ölüb. 

    Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)
    PAYLAŞ:

    Oxşar xəbərlər