Ölkə ərazisinə narkotik vasitələr keçirməkdə şübhəli bilinən iki qardaş saxlanılıb FOTO

Ölkə ərazisinə narkotik vasitələr keçirməkdə şübhəli bilinən iki qardaş saxlanılıb  FOTO
  • Hadisə

  • Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən LEQAL.AZ-a bildiriblər ki, noyabrın 18-də DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb. Onun yaşadığı mənzilə baxış keçirilərkən 0,5 kiloqram heroin və 115 ədəd “Metadon-40” həbi aşkarlanaraq götürülüb.

    M.Məmmədov dindirilərkən dövlət sərhədini qardaşı - Astara rayonunun Rüdəkəran kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Seymur Təyyubulla oğlu ilə birlikdə qanunsuz olaraq keçdiyini etiraf edib.

    Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov yaşadığı evdə saxlanılıb. Araşdırma zamanı onun əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunması müəyyənləşdirilib.

    Fakt üzrə cinayət işi başlanılıb. Vətəndaşlar M.Məmmədov və S.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

    Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər