Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.
Leqal.az "Milli.az"a istinadən xəbər verir ki, hadisə ötən gün Ramana ərazisində baş verib.
Bildirilib ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya verdikdən sonra oğlan qaça bilib. Maskalı şəxs isə qorxaraq ərazini tərk edib. Bununla bağlı görüntülər təhlükəsizlik kameralarına da düşüb.
Uşağın atası K.Seyidov sayta bildirib ki, oğlunun 14 yaşı var.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı isə məsələ ilə bağlı qeyd edib ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib. Məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırmalara başlanılıb.