Maşın ağaca çırpıldı - Sürücü öldü

Maşın ağaca çırpıldı - Sürücü öldü
  • Hadisə

  • Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Leqal.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

    Qeyd olunub ki, sentyabrın 22-də saat 00:05 radələrində rayonunun Köbər Zəyzid kəndi ərazisində “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

    Nəticədə sürücü Elnur Mustafayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər