Daha bir yeniyetmə dənizdə batdı

Daha bir yeniyetmə dənizdə batdı
  • Hadisə / Maraqlı

  • Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə iki nəfərin çimərkən batması barədə məlumat daxil olub.

    Bu barədə Leqal.az-a qurumun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, əraziyə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb edilib.

    Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Mirzəyev Nihad Yalçın oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib. 2010-cu il təvəllüdlü Seyidov Mirkamil Mirəli oğlunun isə meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Xatırladaq ki, ötən gün 3 nəfər Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batıb. Onların meyiti bu gün səhər saatlarında tapılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər