Bakıda 44 yaşlı kişi intihar edib.
Hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Pərvin Abdullayev sərxoş vəziyyətdə yaşadığı evin həyətində pilləkən məhəccərindən iplə özünü asaraq intihar edib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.//report