Gürcüstanda təbii fəlakət: Ölənlərin sayı artdı

Gürcüstanda təbii fəlakət: Ölənlərin sayı artdı
  • Hadisə / Dünya

  • Gürcüstanın İmereti rayonu Nergeti kəndində torpaq sürüşməsinin qurbanı olan 6-cı şəxsin meyiti tapılıb.

    Güclü yağış nəticəsində baş verən sürüşmə 4 evi tamamilə uçurub.

    Təbii fəlakət zamanı həmin evlərdə 10 nəfər olub. Onlardan biri xilas edilib, altısı ölüb, üçü isə hələ də axtarılır. Axtarışlara 200-dən çox yanğınsöndürən və xilasedici, bir qrup kinoloq, texnika və pilotsuz uçuş aparatları səfərbər olunub. İşlərin günün sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.

    Mənbə: Sputnik

    09:48

    Gürcüstanın qərbində İmereti bölgəsində torpaq sürüşməsi nəticəsində azı üç nəfər həlak olub.

    Bu barədə Respublika Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
    “İmereti bölgəsində leysan yağışları nəticəsində dörd yaşayış binasını əhatə edən torpaq sürüşməsi baş verib. Bağdati bələdiyyəsinin Nergeti kəndində axtarış-xilasetmə tədbirləri çərçivəsində xilasedicilər bir nəfəri xilas ediblər. Daha üç nəfərin meyiti tapılıb”, - deyə məlumatda vurğulanıb.

    Xilasedicilər daha altı nəfərin axtarışlarını davam etdirirlər.

    Hadisə yerinə 200-dən çox yanğınsöndürən və xilasedici cəlb edilib, ərazidə xüsusi texnika və kinoloqlar qrupu işləyir.

    Qeyd edək ki, çərşənbə axşamı bütün Gürcüstanda hava kəskin şəkildə pisləşib. Ölkənin qərbində, eləcə də yüksək dağlıq rayonlarda külli miqdarda qar yağması yollarda problemlər yaradıb. İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzindən verilən məlumata görə, əlverişsiz hava şəraiti bir neçə gün davam edəcək.

    Mənbə: imedinews.ge
    PAYLAŞ:

    Oxşar xəbərlər