Məntəqə sədri qəfil vəfat etdi

Məntəqə sədri qəfil vəfat etdi
  • Hadisə / Maraqlı

  • Mingəçevir şəhərində seçki məntəqəsinin sədri iş başında qəfil vəfat edib.

    Leqal.az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə Nizami küçəsi, 9 ünvanında yerləşən 33 saylı seçki məntəqəsində baş verib. Məntəqənin sədri, 14 saylı “Aynur” körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Məmməd qızı Əsgərovanın vəziyyəti qəfil pisləşib. O, xəstəxananın təcili tibbi yardım şöbəsinə aparılsa da, orada vəfat edib.

    İlkin məlumata görə, 63 yaşlı sədr ürək çatışmazlığından vəfat edib.
    Yaxınları bildiriblər ki, K.Əsgərova bir neçə gün əvvəl səhhəti ilə bağlı həkimə müraciət edibmiş.
    PAYLAŞ:

    Oxşar xəbərlər