Daxili işlər orqanlarının əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirləri uğurla davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan LEQAL.AZ-a bildiriblər ki, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının əvvəlcədən verilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş 40 yaşlı Elmir Qocayev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərində axtarış aparılan zaman atəşə yararlı, “TT” tipli tapança və iki patron aşkarlanaraq götürülüb.