Cəlilabadda 3 nəfərin ölməsi, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
"Leqal.az"ın xəbərinə görə, fevralın 5-də 1997-ci il təvəllüdlü Kamran Vəlizadənin idarə etdiyi "BMW" markalı avtomobillə 1997-ci il təvəllüdlü Qorxmaz İsmayılzadənin idarə etdiyi "VAZ 2107" markalı avtomobil toqquşub, bundan sonra “BMW” 1987-ci il təvəllüdlü Sərvət Atakişiyevin idarə etdiyi "Mercedes Atego" markalı yük avtomobilinə çırpılıb.
Advertisement
Nəticədə "VAZ 2107"-nin sürücü Qorxmaz İsmayılzadə, sərnişinləri- 2005-ci il təvəllüdlülər Tural Adıgözəlov və Mürsəl Quliyev hadisə yerində ölüb. Daha 4 nəfər qəza nəticəsində ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanılıb. /APA/