Saatlıda qardaş qardaşı qətlə yetirdi

Saatlıda qardaş qardaşı qətlə yetirdi
  • Hadisə

  • Saatlı rayonunda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb. Belə ki, rayonun Qıraqlı kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Arif Səttar oğlu qardaşı - Qıraqlı kənd sakini, 1961-ci il Əliyev Əbdülrəhman Səttar oğlunu və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Əliyeva Arzu Sədaqət qızını bıçaqlayıb. Hər iki şəxs ağır xəsarətlərlə Şirvan şəhər Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ə. Əliyev əməliyyata götürülüb.  Bıçaq zərbəsi nəticəsində ağır xəsarətlər alan 1961-ci il təvəllüdlü Əliyev Əbdülrəhman Səttar oğlu Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsində əməliyyat zamanı keçinib. Hadisənin motivləri barədə məlumat yoxdur./Virtual.org

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər