Şəkidə dönərdən zəhərlənənlərin sayı artdı: Rəsmi qurumlar hərəkətə keçdi

Şəkidə dönərdən zəhərlənənlərin sayı artdı: Rəsmi qurumlar hərəkətə keçdi
  • Hadisə

  • Şəki Şəhər Rayon Polis Şöbəsinə doqquz nəfərin qida zəhərlənməsi diaqnozu ilə Mərkəzi Xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.

    Bununla bağlı məlumatı oxu.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib. 

    Onun sözlərinə görə, həmin şəxslər ifadələrində şəhər ərazisində yerləşən “Gənclik” kafesində dönər yedikdən sonra səhhətlərinin pisləşdiyini bildiriblər:

    “Məlumat daxil olandan dərhal sonra Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının da iştirakı ilə həmin obyektə baxış keçirilib, dönərin hazırlanmasında istifadə olunan qida məhsullarından qalan nümunələr qablaşdırılaraq götürülüb. Xəstəxanaya müraciət edən şəxslər barəsində isə məhkəmə tibbi ekspertiza təyin edilib. 

    Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.4-cü (pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir”.

    11:18

    Şəkidə iki qadın dönərdən zəhərlənib.

    apa-nın məlumatına görə, rayon sakini Əntiqə Şəmmədova və Ülviyyə Şirəlizadə qida zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    İlkin araşdırma zamanı məlum olub ki, hər iki nəfər Şəkidə yerləşən “Gənclik” kafesində toyuq ətindən hazırlanan dönəri yedikdən sonra zəhərləniblər.

    Faktla bağlı Şəki rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

    Qeyd edək ki, Bakıda dekabrın 13-ü 1-i qadın, 7-si kişi olmaqla 8 nəfər “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”də toyuq dönərindən zəhərlənmişdi.

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər