Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb
  • Hadisə

  • Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən  Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub.

    Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb.
    Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
    PAYLAŞ:

    Oxşar xəbərlər