Bakı şəhərinin Sabunçu rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə FHN məlumat yayıb.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü İsmayılova Gülizar Sadiq qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.