Sabirabad rayonunun Nərimankənd kəndində QAZ markalı minik avtomobili su kanalına düşüb.
"Leqal" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Bayramov Fəyal Eldar oğlunun və sərnişini, 1989-cu il təvəllüdlü Məmmədov Cəlal Qurban oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.