Gürcüstanın Laqodexi rayonunda azərbaycanlılar yaşayan Qaracala kəndində silahlı insident baş verib.
"Leqal" report-a istinadən xəbər verir ki, insidentlə bağlı artıq bir nəfər saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, 18 yaşlı kənd sakini mübahisə zəminində 1988-ci il təvəllüdlü həmkəndlisini ov tüfəngi ilə yaralayıb və hadisə yerindən qaçıb.
Saxlanılan şəxs qəsdən adam öldürməyə cəhddə ittiham olunur. Onu 7 ildən 15 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, yaralanan şəxs xəstəxanadadır, vəziyyəti orta ağırdır.