Hacıqabulda əməliyyat

Hacıqabulda əməliyyat
  • Hadisə

  • Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

    "Leqal"  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Müşfiq Gözəlov və Vüqar Süleymanov rayon ərazisində saxlanılıblar.

    Onların üzərinə keçirilən baxış zamanı psixotrop maddə metamfetamin və marixuana aşkarlanıb.

    Faktlarla bağlı Hacıqabul rayon polis şöbəsində araşdırmalar davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər