Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan virtualaz.org-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvəllər məhkum edilmiş Asəf Mirzəyev saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman külli miqdarda “patı” adlandırılan psixotrop maddə-metamfetamin və heroin aşkar edilərək götürülüb.
Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbirində isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Xətai Quliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman psixotrop maddə-metamfetamin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirlir.