Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü

Daxili Qoşunların iki hərbi qulluqçusu minaya düşdü
  • Hadisə

  • Azərbaycanın iki nəfər müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) minaya düşüb.

    "Leqal"  xəbər verir ki, bu barədə oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. 

    Məlumata görə, Daxili Qoşunların Fizuli rayonunda yerləşən N sayılı hərbi hissəsinin iki nəfər müddətdən artıq xidmətdə olan hərbi qulluqçusu rayonun Şükürbəyli kəndində xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

    Onlar hadisə zamanı xəsarət alıblar. Hər iki yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər