Haiti prezidenti Jovenel Moizə sui-qəsddə ittiham edilən şəxs İstanbulda yaxalanıb.
Samir Handal adlı şübhəli şəhərin hava limanında saxlanılıb. Onun Türkiyə üzərindən ABŞ-dan İordaniyaya səfər etdiyi bildirlib.
Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-də yaşadığı iqamətgaha silahlıların hücumu nəticəsində qətlə yetirilib.
Mənbə: “Haber Global”