Yol polisinin saxladığı avtomobildən narkotik çıxdı

Yol polisinin saxladığı avtomobildən narkotik çıxdı
  • Hadisə

  • Bakı şəhər sakinindən narkotik götürülüb.

    Bu barədəLeqal.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini S.Əzizovanın idarə etdiyi “Mercedes” markalı avtomobil Siyəzən rayonunun Zarat qəsəbəsi ərazisində nəzarət qaydasında saxlanılıb.

    Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan 200 qram marixuana aşkar edilərək götürülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər