Lökbatanda yolu keçən qadını maşın vurub öldürdü

Lökbatanda yolu keçən qadını maşın vurub öldürdü
  • Hadisə

  • Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    LEQAL.AZ bigaz-a istinadla bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 30-da saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər