Bakıda baş verən dəhşətli qəzada yaralananlardan biri də öldü

Bakıda baş verən dəhşətli qəzada yaralananlardan biri də öldü
  • Hadisə

  • Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib.

    Leqal.az oxu.az-a istinadən xəbər verir ki, hadisədə ağır xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz ayın 17-də müalicə aldığı xəstəxanada vəfat edib. 

    Xəstəxanada müalicəsini davam etdirən digər pasiyentlərin vəziyyəti isə stabil olaraq qalır. 

    Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarında Bakıda “Mercedes-Benz” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində beş nəfər ölmüş, 26 nəfər isə xəsarət almışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər