Böyük Britaniyadan olan iki uşaq Yunanıstanda tətildə olarkən paraseylinqlə əyləncə zamanı həlak olub.
LEQAL.AZ big.az-a istinadən bildirir ki, bu barədə "Metro" xəbər verib.
Məlumata görə, üç yeniyetmə ekstremal attraksionda əylənmək istəyib. Lakin paraşütün qayığa bağlandığı ip güclü külək səbəbindən birdən qırılıb və turistləri qayalara çırpıb.
Onlardan ikisi - 15 yaşlı qız və 13 yaşlı oğlan daşlara çırpılaraq yerindəcə həlak olublar, 15 yaşlı qardaşları isə çoxsaylı ağır xəsarətlərlə yerli xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı yoxlamalara başlanılıb. Səyyahlara qayıq və paraşüt verən şirkətin iki əməkdaşı həbs olunub.