“Emin 444”ün qətl işi: Birinə 18 il həbs, digərinə azadlıq

“Emin 444”ün qətl işi: Birinə 18 il həbs, digərinə azadlıq
  • Hadisə

  • Kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun qətlində təqsirli bilinən Həsən Tağıyev və Zaur Yusifovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

    LEQAL.AZ xəbər verir ki, cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən Həsən Tağıyev verilən ittihamla təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.

    Digər təqsirləndirilən Zaur Yusifova isə qətldə iştirakı sübuta yetirilmədiyinə görə bəraət verilib. Z.Yusifov məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, ittihama görə, Həsən Tağıyev 2018-ci ildə soyuq silah hesab olunan bıçağı qanunsuz olaraq əldə edərək üzərində gəzdirib və nə zamansa Eminlə hesablaşacağını bildirib.

    İttihamda göstərilir ki, Zaur Yusifov və Həsən Tağıyev qisas almaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Emin Səfərovu qəsdən öldürmək qərarına gəlib.

    Müayinə zamanı məlum olub ki, “Emin 444”ə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilməyən 23, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərər vuran 44, ürəyin, hər iki ağciyərin, qaraciyərin və nazik bağırsağın yaralanması ilə müşayiət olunan 11 ağır bıçaq zərbəsi vurulub.

    Həsən ifadəsində deyib ki, Emin tərəfindən öldürüləcəyini dəqiq bilib: “Mən onu öldürməsəydim, o məni öldürəcəkdi”.

    Bildirək ki, “Emin 444” bir neçə dəfə məhkumluq həyatı yaşayıb. O, kriminal aləmə yaxınlığı ilə tanınıb. Emin “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamı olub./report

    Məhkəmə araşdırması zamanı Həsən əməlini etiraf edib. Amma Zaur Yusifov özünü təqsirli bilməyib. Onun vəkili Ceyhun Yusifov çıxışında müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər