Bakıda “Qanlı göl” ətrafında insan sümükləri tapılıb

Bakıda “Qanlı göl” ətrafında insan sümükləri tapılıb
  • Hadisə

  • Bakının Yasamal rayonunda 3 ədəd insan skeleti aşkar olunub.

    LEQAL.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, “Qanlı göl”ün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələri aşkar edilib.

    Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.

    İş üzrə məhkəmə-tibb ekspertiza təyin edilib.

    Faktla bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

    PAYLAŞ:

    Oxşar xəbərlər