Filippində hərbi təyyarə qəzaya uğrayıb.
LEQAL.AZ "Agency France Presse"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Qüvvələri məlumat yayıb.
Məlumata görə, hadisə zamanı təyyarədə 85 nəfər olub. Ölkə ordusunun generalı Sirilito Sobehana bildirib ki, qəzaya uğrayan C-130 təyyarəsinin alovlanan qalıqları altından 15 nəfər xilas edilib. Qeyd edilir ki, hadisə təyyarə Sulu əyalətinin Xolo adasına eniş edərkən baş verib.
"Hadisə yerində xilasedicilər işləyir, biz onların həyatının xilas olunması üçün dua edirik", - general deyib.
qaynarinfo