COVID-19: Fransada yenidən bir aylıq karantin rejimi tətbiq olunur

COVID-19: Fransada yenidən bir aylıq karantin rejimi tətbiq olunur
  • Dünya

  • COVID-19 pandemiyasının ikinci dalğası birinci dalğadan daha ağır və öldürücü olacaq. Ona görə, virusun yayılmasının qarşısını almaq məqsədilə oktyabrın 30-dan dekabrın 1-dək ölkədə karantin rejimi tətbiq etmək qərarını qəbul etdim.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Fransa Prezidenti televiziya ilə xalqa müraciətində deyib.

    Bildirib ki, ölkədə gündəlik yoluxma 40-50 min arasındadır. Ölkədə bütün ticarət mərkəzləri, kafelər, restoranlar bağlanacaq. Dekabrın 1-də vəziyyət qiymətləndiriləcək və lazım gələrsə karantin müddəti yenə uzadılacaq. Oktyabrın 29-da axşam Baş Nazir J.Kasteks mətbuat konfransında karantin rejimi haqqında müfəssəl məlumat verəcək. Karantin rejiminin yanvar ayınadək davam edəcəyi ehtimal olunur.

    Fransada son sutkada 36.400 yeni yoluxma və 244 ölüm faktı qeydə alınıb. Xəstəxanalarda koronavirus xəstələrinin sayı 20.207-yə çatıb. Reanimasiya şöbələrində ağır vəziyyətdə 3045 xəstə olduğu bildirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər