Son sutka ərzində Fransada 33 min 417 nəfər koronavirusa yoluxub

Son sutka ərzində Fransada 33 min 417 nəfər koronavirusa yoluxub
  • Dünya


  • Fransada COVID-19-a gündəlik 33 min 417 yeni yoluxma faktı qeydə alınıb. Həmçinin sutka ərzində 292 ölüm faktı müşahidə edilib.

    LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat verib.

    Bildirilib ki, epidemiya başlayandan ölkədə ümumi yoluxanların sayı 1 198 695-ə çatıb.

    Ümumilikdə xəstəxanalarda 18 min 955 koronavirus xəstəsi var ki, onlardan 2988-i son 24 saat ərzində xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbələrində 2909 ağır xəstədən 431-i son sutkada daxil olub.

    Ölkədə yenidən karantin rejimi tətbiq olunmasına dair fikirlər səsləndirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər