Qırğızıstan və Tacikistan hərbçiləri sərhəddən geri çəkilir

Qırğızıstan və Tacikistan hərbçiləri sərhəddən geri çəkilir
  • Dünya

  • Qırğızıstan və Tacikistan ortaq sərhəddə meydana gəlmiş gərginliyin sülh yolu ilə nizamlanması və sərhəd qoşunları xaricində bütün hərbi birliklərin geri çəkilməsinə dair razılığa gəliblər.

    LEQAL.AZ  TASS-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan və Tacikistanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə birgə Dövlət Komissiyasının iclasının ardından imzalanan protokolda qeyd olunub.

    Bildirilib ki, Komissiyanın həmsədrləri - Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik Komitələrinin rəhbərləri, Kamçibek Taşiyev və Saymumin Yatimov Karamık sərhəd məntəqəsinin yerləşdiyi ərazidəki vəziyyəti müzakirə ediblər və onlar yekdilliklə bütün məsələlərin sülh yolu ilə həllini vurğulayıblar.

    İmzalanan protokolda bildirilib ki, hər iki tərəfdən 3 km daxilə sərhəd zastavalarının geri çəkilməsi, həmçinin hərbi hissələrin və hərbi texnikanın geri çəkilərək daimi yerlərinə qaytarılması, yalnız müntəzəm sərhəd keşikçilərinin qalmasına dair qərar qəbul edilib.

    Xatırladaq ki, aprelin 28-də Tacikistan və Qırğızıstan sərhəddində sakinlər arasında qarşıdurma meydana gəlmiş və bu qarşıdurma aprelin 29-da iki ölkənin hərbçiləri arasında silahlı toqquşmalara çevrilmişdi. Nəticədə hər iki tərəfdə itkilər qeydə alınmışdı.

    Daha sonra iki ölkənin rəsmiləri arasında yüksək səviyyəli danışıqlar aparıldıqdan sonra qarşıdurmaya son vermək və qoşunların geri çəkilməsi ilə bağlı ortaq bəyanat imzalanıb./apa
    PAYLAŞ:

    Oxşar xəbərlər