ABŞ-ın hərbi kontingenti Əfqanıstandan sentyabr ayının əvvəlinədək tam çıxarılmalıdır, qoşunların çıxarılmasının başa çatma vaxtı dəyişməyib.
LEQAL.AZ-ın "TASS"a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlər üçün mütəmadi brifinq zamanı Pentaqonun mətbuat katibi Con Kirbi deyib.
C.Kirbi bildirib: "Prezidentin niyyəti tam aydındır - qoşunların çıxarılmasını sentyabrın əvvəlində başa çatdırmaq. Müəyyən edilən sürətlə davam edirik, (qoşunların çıxarılması üzrə - red.) cədvəl ilə bağlı əlavə deyəcək bir şey yoxdur".
Qeyd edək ki, aprelin 14-ü ABŞ prezidenti Cozef Bayden Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul etdiyini açıqlamışdı. ABŞ qoşunlarının Əfqanıstandan sentyabrın 11-dək çıxarılacağı gözlənilir.