Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində sərhəddəki vəziyyətin həllində Bakı və İrəvana yardım göstərməyi təklif edib və Ermənistan-Azərbaycan delimitasiya və demarkasiya komissiyası yaradılması təşəbbüsü ilə çıxış edib.
Bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov tacikistanlı həmkarı Sirojiddin Muhriddinlə danışıqların ardından açıqlayıb:
“Dünən qeyri-rəsmi olaraq KTMT xarici işlər nazirlərinin işinə başladıq. Erməni həmkarımızın xahişinə baxdıq və bu tələbə uyğun olaraq İrəvanla Bakı arasındakı münasibətləri vəziyyəti müzakirə etdik... Tərəflərlə ilkin razılaşmaya əsasən, sərhədin delimitasiyası və demarkasiyası üçün Rusiya ortaq Ermənistan-Azərbaycan komissiyası yaratmağı təklif edib və bu komissiyada tərəflərin istəyinə uyğun olaraq, Moskva ya məsləhətçi, ya da vasitəçi kimi iştirak edə bilər”.