Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı müflis olub.
LEQAL.AZ “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Beni Qants bildirib.
“HƏMAS müflis oldu və bütün aktivlərini itirdi. Onun tunel müharibəsinin aparılması doktrinası tamamilə məhv edilib”, - nəşr nazirin sözlərini sitat gətirir.
Bununla yanaşı, İsrail Müdafiə Ordusunun hərbi qulluqçularına müraciət edən Qants bildirib ki, onlar ayıq-sayıq olmalıdırlar, çünki mübarizə, çox güman, davam edəcək./qafqazinfo/
LEQAL.AZ