Ermənistanın paytaxtı Yerevanda atışma olub.
Bu barədə LEQAL.AZ Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə zamanı 23 yaşlı gənc oğlan boyun nahiyəsindən güllə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Ermənistanın Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi açılıb. Qeyd edilir ki, hadisə yerində güllə və gilizlər aşkar edilib. Hadisə ilə bağlı şahidlər dindirilir, ekspertiza müəyyən edilib.
İnsidentin başvermə şəraitinin müəyyənləşdirilməsi və cinayətkarın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbir görülür.