Britaniya Fransanın təhdidi ilə bağlı donanma gəmilərini işə saldı

Britaniya Fransanın təhdidi ilə bağlı donanma gəmilərini işə saldı
  • Dünya

  • Böyük Britaniya Breksitdən sonra balıqçılıq şərtlərinin dəyişdirilməsinə etiraz olaraq Fransanın Cersi adasının elektrik enerjisinin təchizatını dayandıracağı ilə bağlı təhdidlərindən sonra adaya iki patrul gəmisi göndərəcək.

    LEQAL.AZ “report”a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın baş nazirinin dəftərxanasının rəsmi nümayəndəsi bildirib.

    Qeyd edilir ki, Britaniya Nazirlər Kabinetinin rəhbəri Boris Conson ada hakimiyyəti ilə Fransa tərəfindən mümkün blokadanı müzakirə edib.

    "Baş nazir gərginliyin deeskalasiyasına və balıqçılıq zonalarına giriş məsələləri üzrə Cersi və Fransa hakimiyyəti arasında dialoqun davam etdirilməsinə zərurət haqqında bildirib. Baş nazir Cersiyə dəyişilməz dəstəyini bildirib və vurğulayıb ki, istənilən blokada tamamilə qanunsuz olardı. Britaniya xəbərdaredici tədbir kimi vəziyyəti müşahidə etmək üçün regiona iki patrul gəmisi göndərəcək", - hökumət nümayəndəsi jurnalistlərə bildirib.
    PAYLAŞ:

    Oxşar xəbərlər