Rusiya XİN rəhbəri bu gün Ermənistana gedəcək

Rusiya XİN rəhbəri bu gün Ermənistana gedəcək
  • Dünya

  • Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.

    LEQAL.AZ report-a istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri 5 mayda Yerevana səfər etsə də, rəsmi görüşləri bir gün sonra, 6 mayda baş tutacaq.

    Daha sonra Sergey Lavrov mayın 10-11-də Azərbaycanda işgüzar səfərdə olacaq.

    Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Lavrov Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq:

    “İkitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş spektrinin, habelə beynəlxalq arenada qarşılıqlı əlaqələrin nəzərdən keçirilməsi gözlənilir. Əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının həyata keçirilməsinə yönələcək”, - o vurğulayıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər