İranda ötən sutka ərzində 391 nəfər koronavirusdan (COVID-19) ölüb.
LEQAL.AZ unikal.org-a istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 72 875 nəfərə yüksəlib.
Ötən sutka ərzində 20 732 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 555 587 nəfərə çatıb. Virus daşıyıcılarından 5 461 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
LEQAL.AZ