Türkiyə və Yunanistan Müdafiə Nazirlikləri arasında qarşılıqlı etimadın artırılması tədbirlərinə dair dördüncü tur toplantının keçirilməsinə dair razılıq əldə edilib.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada qeyd edilir ki, planlaşdırılan toplantının keçirilmə tarixi və digər detalları barədə yaxın vaxtlarda məlumat veriləcək.