Koronavirus pandemiyası ilə əlaqədar İran 39 ölkə ilə nəqliyyat əlaqəsini kəsib

Koronavirus pandemiyası ilə əlaqədar İran 39 ölkə ilə nəqliyyat əlaqəsini kəsib
  • Dünya

  • Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq İran hökuməti vətəndaşların 39 ölkəyə səfər etmələrini qadağan edib.

    LEQAL.AZ xəbər verir ki, bu barədə İranın şəhərsalma və yollar naziri Məhəmməd İslami məlumat verib.

    O bildirib ki, Türkiyə və İraqa bütün səfərlər qadağan edilib.

    Quru sərhədlə yanaşı, Tehran-İstanbul, Tehran-Bağdad, Tehran-London reysləri də dayandırılıb.

    Bununla yanaşı, sərhəd-keçid məntəqələrində xüsusi həkim qrupları fəaliyyətə başlayacaq ki, onlar da ölkəyə daxil olanların səhhətini ciddi yoxlayacaqlar.

    PAYLAŞ:

    Oxşar xəbərlər