Türkiyənin təhlükəsizlik qüvvələri Suriyanın cənubunda PKK terror təşkilatına qarşı xüsusi antiterror əməliyyatı keçirib.
LEQAL.AZ unikal.org-a istinadən xəbər verir ki, kəşfiyyat məlumatları əsasında PKK üçün toplanmış təxminən 2 milyon ABŞ dolları məbləğində vəsait terror təşkilatının mənsublarına verilərkən ələ keçirilib.
Çobanbəy bölgəsində əməliyyat zamanı sözügedən vəsaiti verən və alanlar daxil olmaqla üç nəfər saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.