Yeni yüksəksürətli “Supersprinter” qatarları gələn həftədən etibarən Almaniyanın daxilində klassik marşrutlar üzrə sərnişinləri daşımağa başlayacaq.
LEQAL.AZ xəbər verir ki, bu barədə Almaniyanın aparıcı KİV-ləri məlumat yayıb. İndi ölkənin meqapolisləri arasında qatarların hərəkət vaxtı əhəmiyyətli dərəcədə azalacaq.
Bu, Hamburq, Münxen, Düsseldorf və Frankfurt-na-mayne arasında hərəkət edən marşrutlara aiddir. Məsələn, Kölndən paytaxta cəmi 3,5 saat ərzində çatmaq mümkün olacaq. Nürnberqdən Frankfurt-na- mayneyə qədər sərnişinlər 2 saata, şəhərin mərkəzi vağzalından o qədər də uzaq olmayan Münhendən Frankfurtdakı hava limanına cəmi 3 saata, Kölndən həmin hava limanına isə 4 saata çata biləcəklər. Hamburqdan Hannover vasitəsilə Frankfurt-na-mayne aeroportunadək gediş vaxtı 3 saat 45 dəqiqə təşkil edəcək ki, bu da əvvəlki vaxtdan 10 dəqiqə qısadır. Kölndən Berlinə 4 saatdan az bir vaxta çatmaq mümkün olacaq ki, bu da həmişəki vaxtdan 25 dəqiqə daha sürətlidir. azərtac