Paşinyanın əleyhdarları Yerevanda hökumət binasına soxulublar

Paşinyanın əleyhdarları Yerevanda hökumət binasına soxulublar
  • Dünya

  • Ermənistanda baş nazirin əleyhdarları Yerevanın Kentron Rayon İcra Hakimiyyətinin binasına soxulublar.

    Məlumatı “Sputnik Armeniya” yayıb.

    Bildirilib ki, keçmiş hakim Respublikaçılar Partiyasının gənclər qolunun sədri Hayk Mamicanyan başda olmaqla təşkilatın onlarla üzvü binaya soxulub.

    Onlar yerli hakimiyyətdən əməkdaşlarını Ermənistanın baş naziri Nikol Paşinyanın mitinqinə getməyə məcbur etməməyi tələb ediblər.

    “Report” xatırladır ki, martın 1-də Yerevanda iki mitinq keçiriləcək. Baş nazir Nikol Paşinyan tərəfdarlarını yerli vaxtla saat 18:30-da "Respublika" meydanına çağırıb. “Vətəni xilas hərəkatı” isə saat 18:00-da mitinq keçirməyi planlaşdırıb.

    **13:18

    Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları Yerevanda hökumət binasına soxulublar.

    Bu məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, həmin binada bir neçə nazirliyin ofisi yerləşir.

    "Biz aksiyamızı yekunlaşdırırıq. Məqsədimiz hər hansı bir nazirliyə girə biləcəyimizi göstərmək idi", - iştirakçılardan biri deyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər