“Apple” korporasiyası bu il tamamilə yeni “iPhone” smartfonu təqdim edə bilər.
LEQAL.AZ xarici saytlara istinadla xəbər verir ki, korporasiyanın direktoru Tim Kukun sözlərinə görə, yeni qabaqcıl qurğunun təqdimatında böyük yeniliklər gözlənilir.
Bundan əvvəl KİV-də yayılmış məlumatlara əsasən, “Apple”ın yeni cihazı 120 hersədək görüntü yenilənmə tezliyinə malik olacaq displeylə təchiz ediləcək. Həmçinin displeyin alt hissəsinə “Touch ID” adlandırılan barmaq izi sensoru quraşdırılacaq.