Ermənistan Müdafiə Nazirliyinin sabiq rəsmisi Arsurun Ovannisyan ABŞ-a qaçdı

Ermənistan Müdafiə Nazirliyinin sabiq rəsmisi Arsurun Ovannisyan ABŞ-a qaçdı
  • Dünya

  • Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsurun Ovannisyan ABŞ-a qaçıb.

    LEQAL.AZ report-a istinadən xəbər verir ki, bu barədə hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün tvitterdəki səhifəsində bildirib.

    "Bir gün əvvəl (fevralın 21-də) Los-Anceles reysinin sərnişinləri (Ermənistan-red) Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Ovannisyanı gördülər.

    O, bacısı ilə Qətər reysi vasitəsilə uçurdu.

    Təyyarədə xeyli adam vardı. Hamı ona qışqırırdı. Amma o məhəl qoymurdu" - şahid dedi”, - İqor Korotçenko vurğulayıb.

    Daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü iddia edib ki, naməlum şəxslər ona hücum edib. O, hədələndiyini və izləndiyini
    də bildirib.


    PAYLAŞ:

    Oxşar xəbərlər