İranda 5,6 bal gücündə zəlzələ olub, yaralılar var

İranda 5,6 bal gücündə zəlzələ olub, yaralılar var
  • Dünya

  • İranın cənub-qərbində zəlzələ olub.

    LEQAL.AZ yerli KİV-ə istinadla xəbər verir ki, 5,6 bal gücündəki zəlzələ Kohqiluyə və Buyir-Əhməd əyalətində baş verib.

    Tehran Universiteti Seysmologiya Mərkəzindən bildirilib ki, əyalətin Dena rayonunda qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

    Zəlzələ nəticəsində azı 10 nəfərin yaralandığı bildirilir. Ölənlər haqqında məlumat hələ ki, yoxdur.(azərtac)

    PAYLAŞ:

    Oxşar xəbərlər