İraqın Kürdüstan muxtariyyətinin inzibatı mərkəzi olan Ərbil şəhəri raket atəşinə məruz qalıb.
LEQAL.AZ “Al-Arabiya” kanalına istinadla xəbər verir ki, şəhərə 3 raket atılıb.
Şəhərin hava limanının yaxınlığından atılan mərmilərin partlaması nəticəsində 3 nəfərin ağır yaralandığı bildirilir.
Nəzərə çatdırılıb ki, şəhəri raket atəşinə tutanların məqsədi Ərbildə yerləşən ABŞ Hərbi Hava Qüvvələrinin hərbi bazasını vurmaq olub.