Gürcüstan koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaxın vaxtlarda əlavə olaraq 150 min doza “Astrazeneca” peyvəndi alacaq.
LEQAL.AZ azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Yekaterina Tikaradze məlumat verib.
Nazir deyib ki, məlum “Covax” platforması çərçivəsində Gürcüstan “Astrazeneka” peyvəndinin əlavə 300 min dozasını alacaq. Hazırda istehsalçı ilə birbaşa danışıqlar davam edir və mart ayının birinci yarısında 150 min doza vaksin alınacaq. Bununla əlaqədar artıq tam razılıq əldə olunub.
Y.Tikaradze bildirib ki, Gürcüstan peyvəndin ilk dozasını fevralın sonuna qədər alacaq və bunun üçün artıq razılaşma imzalanıb.