Gürcüstanda son sutkada daha 1 941 nəfərdə koronavirus aşkarlanıb, 350 nəfər sağalıb, 10 koronavirus xəstəsi isə həyatını itirib.
LEQAL.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi stopgov.ge saytında məlumat verilib.
Bildirilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 26 min 503 nəfərə çatıb.
Sağalanların sayı 10163, ölənlərin sayı isə 193 olub.
Hazırda karantində 4 180, stasionar nəzarətdə isə 3 571 nəfər saxlanılır.
Xəstəliyi yüngül keçirən 2293 nəfər xüsusi otellərdə müalicə alır.