Sutka ərzində İranda koronavirusdan 335 nəfər həyatını itirib

Sutka ərzində İranda koronavirusdan 335 nəfər həyatını itirib
  • Dünya

  • Son sutka ərzində İranda 6 min 134 nəfər koronavirusa yoluxub, 335 nəfər isə vəfat edib.
    LEQAL.AZ azərtac-a Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların ümumi sayı 556 min 891 nəfər, ölənlərin sayı isə 31 min 985-ə çatıb.
    Müalicəsi davam edən 4 min 933 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı, 446 min 685 nəfər sağalaraq evə buraxılıb. İranın 5 böyük şəhərinə müvəqqəti olaraq giriş-çıxış qadağan edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər